Pedofillər bu üsulla müəyyən ediləcək – YENİLİK 

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatoru pedofillərlə bağlı məlumat yayıb. Belə ki, uşaqlara qarşı cinsi istismar törədənlər (pedofiliya) məcburi dövlət genom qeydiyyatından keçirilməli şəxslər sırasına daxil ediliblər. Bu qərar ictimaiyyətdə müzakirələrə səbəb olub.

Mövzunu Globalinfo.az-a şərh edən beynəlxalq hüquqşünas Fərhad Mehdiyev deyib ki, əslində, bu qanun 2019-cu ildən mövcuddur.

Onun sözlərinə görə, onlar beynəlxalq sistemdə görükməyəcəklər, sadəcə, dövlətdə onların DNT qeydləri olacaq:

“Cinayət törədilən zaman cinayətlə bağlı aşkar olunan sübut qismində götürülən nümunələrlə işləməyə və təqsirkar şəxsi müəyyən etməyə kömək edəcək. Həmin şəxslərdən sadəcə, DNT testi götürüləcək. Bu da ona imkan yaradacaq ki, hadisəni törədən şəxslərin kimliyi məlum olunsun. Əvvəl sadəcə barmaq izi götürülərdi, amma indi genomla götürülmüş olacaq. Adətən, zərərçəkmişin üzərində qalmış hər hansı bir izdən DNT analizi götürmək olur. Lakin barmaq izləri ilə bunu etmək olmurdu. Normalda insanların baş və bədən hissəsindən tüklər tökülür. Cinayət hadisəsi yerində bunları axtarıb tapmaq mümkün olur. Varsa, bunun üzərindən də analiz aparılır və pedofilin kimliyi müəyyən olunur”.

Zaira Akifqızı

Globalinfo.az