67b78b55e7f3167b78b55e7f32174008200567b78b55e7f2f67b78b55e7f30

Qeyri-sabit hava şəraiti fonunda paytaxt Bakıda bir neçə qəza baş verib.

Globalinfo.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki,Nəsimi rayonu, Hüseynbala Əliyev və Hüseyn Seyidzadə küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində işıqfor yararsız vəziyyətə düşüb.

Digər bir qəza Ceyhun Hacıbəyli ilə A.Bakıxanov küçələrinin kəsişməsində qeydə alınıb.

Bu qəzada isə işıqforun idarəetmə qutusu sıradan çıxıb.

Paylaş: