Bakıda güclü külək reklam lövhəsini aşırıb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, gecə saatlarından başlayan güclü külək Bakının 8-ci mikrorayon ərazisində, yol kənarında olan reklam lövhəsini aşırıb, lövhənin dirəyi qırılıb.
Hadisə nəticəsində ağacların budaqları sınıb.