Paytaxtda əməliyyat: narkokuryer ələ keçdi – VİDEO

Bakı şəhərində polis əməkdaşlarının keçirdikləri növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan paytaxt sakini Məhəmməd Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, həmin şəxsdə tərkibi psixotrop maddələrlə zənginləşdirilən 5 kiloqrama yaxın marixuana və 300 psixotrop tərkibli metadon həbi aşkarlanıb.

M.Əliyev şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduğunu bildirib. Onun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

M.Əliyevin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.