Paytaxtda ağır qəza – Ölən var

Yanvarın 9-da saat 18:45 radələrində Nəsimi rayonu Rəşid Behbudov küçəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-in mətbuat xidmətindən Globalinfo.az-a bildirilib ki, sürücü Sabina Hacıyeva idarə etdiyi “Hunday” markalı avtomobillə 50-60 yaşlı qadını vurub.

Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.

Araşdırma aparılır.