Patriarx Kirill Putini başqa adla çağırdı – VİDEO

Rusiya Federasiyasının prezidenti önündə çıxış edən Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Vladimir Putinin adını tələffüz edərkən səhvə yol verib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, nitqinə başlayarkən – “Zati-aliləri, hörmətli Vladimir Vasilyeviç”, – deyən Patriarx Kirill dərhal səhvini düzəldib.

Vladimir Putin isə Patriarxın səhvinə gülümsəyərək reaksiya verib.