Paşinyanın sülh anlayışında iki variant – Akopyan AÇIQLADI

“Ermənistan hakimiyyətinin yerli əhalini müharibə təhlükəsi ilə qorxutması yenilik deyil. Bu yolla ölkədəki hakim qüvvə danışıqlar prosesindəki səhvləri və növbəti güzəştləri ört-basdır etməyə çalışır”.

Globalinfo.az  xəbər verir ki, bunu erməni siyasi strateq Vigen Akopyan deyib.

O, hesab edir ki, Ermənistanın hakim elitasının kölgə sponsorları Azərbaycanla danışıqların nəticəsindən narazıdır.

“Ümumiyyətlə, indiki Ermənistan hakimiyyətinin sülh anlayışı belədir: “Sülh içində yaşamaq üçün hər şeydən əl çəkməliyik”, yaxud “Hər şeyi təslim etməsək, müharibə olacaq”. Yəni müharibə ilə qorxudurlar, xalqın və ordunun potensialını aşağılayırlar, davamlı təbliğat işləri ilə xalqı zəif olduğuna inandırırlar”, – Akopyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az