pasik

Hakim “Mülki Müqavilə” partiyasının parlament fraksiyası “Dövlət hakimiyyətinin zorakılıq yolu ilə ələ keçirilməsinin və demokratiyanın qorunmasının yolverilməzliyi haqqında” bəyanat layihəsini təqdim edib.

Globalinfo.az xəbər verir ki, parlamentErmənistan Respublikasına qarşı planlaşdırılan terror faktı”na öz qiymətini verməlidir.

“Milli Assambleya 2025-ci ilin iyununda Ermənistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən və Ermənistan Respublikasının suverenliyinə, konstitusiya quruluşuna və qanuni hakimiyyətinə qarşı yönələn terror cəhdini qətiyyətlə pisləyir. Ermənistan Respublikasının Konstitusiyasına və mövcud qanunvericiliyinə uyğun olaraq konstitusiya quruluşunu devirmək və ya terror törətmək məqsədi ilə görülən istənilən hərəkət ən sərt cəzaya məruz qalacaq. Terror və zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək cəhdləri Ermənistan Respublikasının və onun xalqının suverenliyinə birbaşa zərbədir”, – bəyanatda deyilir.

Xatırladaq ki, bundan əvvəl Ermənistanın İstintaq Komitəsi ölkədə terror aktı və hakimiyyətin ələ keçirilməsi cəhdinin qarşısı alındığını bəyan edib. İstintaq Komitəsinin məlumatına görə, bütün bunlar “Müqəddəs Mübarizə” hərəkatının rəhbərləri və iştirakçıları tərəfindən planlaşdırılıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: