Paşinyanın oğlunu qaçırmağa çalışdılar, maşınla vurdular – Video

Bu gün Ermənistan Baş naziri Nikol Paşinyanın oğlu Aşot Paşinyanı evinin qarşısından qaçırmağa çalışıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Paşinyan ailəsinə yaxın olan media orqanı məlumat yayıb.

İlkin məlumata görə, A.Paşinyanı zorla maşına mindirməyə çalışsalar da, o qaçmağı bacarıb. Baş nazirin oğlunun arxasınca gələn maşın onu vurub, nəticədə Aşot ayağından xəsarət alıb. Həmin şəxslər isə hadisə yerindən qaçıblar.

Şübhəlilərdən birinin “Oğulların çağırışı” adlı qeyri-hökumət təşkilatının üzvü Qari Qaleyan olduğu, bundan öncə də belə hərəkətlərlə yadda qaldığı deyilib.

Ayşən Mustafa
Globalinfo.az