Bir qrup erməni rəsmisi İrana gedir

Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan İrana səfər edəcək. 

Globalinfo.az xəbər verir ki, M.Qriqoryan Ermənistan və İranın hökumətlərarası birgə komissiyasının 18-ci iclasında iştirak etmək üçün Tehrana gedəcək.

Nümayəndə heyətinin tərkibinə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan, səhiyyə nazirinin müavini Lena Nanuşyan, iqtisadiyyat nazirinin müavini Narek Teryan, ərazi idarəetmə və infrastruktur nazirinin müavinləri Akop Vardanyan, Armen Simonyan və Kristin Qaleçyan daxildir.

Əliyar Xəlil
Globalinfo.az