“Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün Moskvada baş tutan MDB dövlət başçılarının iclasında yenə dilənçilik etdi”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzetinin məqaləsində qeyd olunur.
Qəzet yazır ki, baş nazir növbəti dəfə Azərbaycanın bütün tələblərini qəbul etdiyini vurğulayıb:
“Paşinyan Ermənistanın dövlət sərhədində nəzərəçarpacaq irəliləyiş əldə edildiyini bildirib. Həmçinin sülh müqaviləsinin 80%-nin razılaşdırıldığını dedi, Azərbaycandan heç bir tələbimiz olmadığını elan etdi və o ölkənin ərazi bütövlüyünü bir daha tanıdı. Eyni zamanda Naxçıvana quru yolunun açılacağına da söz verib.
Proses çərçivəsində sərhəd nəzarəti ilə bağlı müəyyən sadələşdirilmələr etməyə də hazırdır. Bir sözlə, o, Moskvada ali dilənçilik etdi”.
Əliyar Xəlil
Globalinfo.az