Paşinyanın hakimiyyətə gəlməzdən əvvəlki planı – Fərqli oyun başladı

“Ermənistanın Baş naziri Nikol Paşinyan hələ 2008-2009-cu illərdə bildirmişdi ki, Qarabağ probleminin həlli yalnız işğalda olan əraziləri Azərbaycana qaytarmaq və sülhə imza atmaqdan keçir. Həmin vaxt ona çox ciddi təzyiqlər oldu”.

Bunu Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O əlavə edib ki, Paşinyan Qərb tərəfindən hakimiyyətə gətiriləndən sonra fərqli oynamağa başladı:

“Daha sonra Qərb və Rusiya arasında manevrlər edərək Azərbaycanı güzəştlərə məcbur edə biləcəyini düşündü.

Ağsaqqallar – TAİB üzvü, tanınmış jurnalist Əli Zülfüqaroğlu: “Fəlakətdən yararlanmaq cəhdləri: şeytanla dostluq və hədəfə qoyulan dövlət”

Əli Zülfüqaroğlu

Onun Valday forumunda məlum çıxışından sonra isə Azərbaycan problemin hərbi müstəvidə həll olunmasını qətiləşdirdi. Nəticədə Paşinyanın mövcud status-kvonu qorumaq siyasəti fiaskoya uğradı. Azərbaycan uğurlu hərbi əməliyyatlarla öz torpaqlarını işğaldan azad etdi”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, daha sonra onun Qərb və Rusiya arasında manevr imkanları tükənib:

“Daha doğrusu, Paşinyan Qərb tərəfindən ciddi təzyiqlərlə üzləşdi və birbaşa Qərbin tezisləri üzərindən hərəkət etməyə başladı. İndi də biz eyni prosesi müşahidə edirik. Paşinyan sadəcə Qərbin təlimatlarını icra etməklə məşğuldur. Bu da Ermənistan dövlətçiliyinin mövcudluğunu sual altına salır”.

Turan Rzayev
Globalinfo.az