Paşinyanın gizli oyunları: Qorxuya düşüb tapşırıq verdi

Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə çevriliş ehtimalına görə qorxuya düşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.

Bildirilir ki, Ermənistan lideri bu yaxınlarda Rusiya ilə münasibətləri yumşaltmağa xidmət edən açıqlamalar səsləndirsə də, əslində, gizli şəkildə Kremlə qarşı gəlməyə davam edir. O öz siyasi komandasının üzvlərinə bununla bağlı tapşırıqlar da verib.

Tapşırıq Rusiyanın hazırladığı dövlət çevrilişi barədə beynəlxalq tərəfdaşları məlumatlandırmaqdan ibarət olub.

Qeyd edək ki, son günlər Nikol Paşinyan hakimiyyəti ilə Rusiya arasında kəskin narazılıqlar müşahidə olunur. Bir qədər əvvəl isə Paşinyanın zənginin Kreml tərəfindən cavabsız qoyulduğu və nəticədə erməni liderin Putinə məktub yazmalı olduğu üzə çıxmışdı.

Tamerlan Yayaqan
Globalinfo.az