Paşinyanın geyimi rus eksperti hiddətləndirdi: “Qulaq asın…”

Münhen Təhlükəsizlik Konfransında Ermənistanın Baş naziri Nikol Vovayeviç Paşinyan yolları başına taxılmış kepkası ilə fəth edir.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri rusiyalı ekspert İqor Korotçenko Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransına yeni imici – kepkalı getməsi haqda qeyd edib.

“Qulaq asın, Ermənistanın baş nazirinin imicinə kim cavabdehdir? Hanı protokol? Ora Avropadır, Münhendir, Qərb siyasətinin aparıcılarıdır – Paşinyan isə İcevandakı kolxoz bazarında ərik satıcısı kimi geyinib.
Axı insanı geyiminə görə qarşılayırlar.

Nikol Vovayeviçin yaxşı zövqü olan arvadı var – bəlkə də heç olmasa ona kepka taxmağa ehtiyac olmadığını söyləyəcək. Başınız üşüyürsə (halbuki Münhendə çox istidir), kepka yerinə dəbli şlyapa qoyun, ya da kapüşonlu gödəkcə də pis deyil”.