Bakı müharibədən sonra buna razı olmadı – Qriqoryan

“Nikol Paşinyanın İlham Əliyevə silahlara qarşılıqlı nəzarətlə bağlı sənədin imzalanması təklifinin heç bir ciddi əsası yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın “Demokratiya və Təhlükəsizlik” mərkəzinin rəhbəri, politoloq Tiqran Qriqoryan deyib.

O, Paşinyanın yeni təklifinin ciddi olmadığını qeyd edib:

“Mən əminəm ki, bu fikir hökumət dairələrində müzakirə belə olunmayıb. Sadəcə, Ermənistanın Fransadan silah alması ilə bağlı Azərbaycan Prezidentinin açıqlamalarına təməli olmayan bir cavabdır. Lap Bakı və İrəvan bu mövzuda razılaşsa belə, Ermənistan üçün heç bir müsbət nəticəsi olmayacaq.

Azərbaycan müharibədən sonra qoşunların “güzgü effekti” ilə qarşılıqlı şəkildə geri çəkilməsinə də razı olmamışdı. Yəni qalib ölkə məğlub ölkənin təklifləri ilə razılaşmır, belə bir şey olmayacaq”.

Ayşən Mustafa
Globalinfo.az