“Ermənistan Avropaya inteqrasiya yolu ilə gedir, Hindistan və İranla münasibətləri dərinləşdirir”.
Globalinfo.az xəbər verir ki. bunu hakim “Mülki müqavilə” partiyasının deputatı Sona Qazaryan deyib.
“KTMT-nin, Rusiya sərhədçilərinin və sülhməramlılarının fəaliyyətsizliyi nəticəsində bəzi təhlükəsizlik problemləri yarandı. Bundan sonra Ermənistan əməkdaşlıq etdiyi ölkələrin siyahısına yenidən baxmağa məcbur oldu. Bu mənada Ermənistan diversifikasiya yolu ilə gedir. Biz Aİ və regional oyunçularla əlaqələrimizi inkişaf etdiririk. Hindistan və İranla münasibətləri dərinləşdiririk. Bir sözlə, Ermənistan Avropaya inteqrasiya yolu ilə gedir”, – deyə Qazaryan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az