“Paşinyanın bu davranışı təhlükəlidir” – Melkonyan 

“İrəvanda Qərbin diqqətini cəlb etmək üçün anti-Rusiya ritorikasını tətbiq edirlər”.

Globalinfo.az xəbər verir ki, bunu erməni politolot Sergey Melkonyan deyib.

O, Ermənistan rəhbərliyinin yeni eskalasiya təhlükəsi fonundakı davranışını təhlükəli adlandırıb.

“Ermənistan hakimiyyəti anti-Rusiya ritorikasını gücləndirir və bununla da Qərbdən daha çox siyasi bonus və təhlükəsizlik zəmanəti almağa ümid edir. Lakin bu hesablama işə yaramaya bilər. Çünki ortada Ukrayna və Baltikyanı ölkələrin nümunəsi var”.

Melkonyan Ermənistan rəhbərliyinin davranışını təhlükəli və dövlətin maraqlarına uyğun olmayan hesab edir.

“İndiki şəraitdə Rusiya və KTMT-yə qarşı ritorikanın güclənməsi Ermənistana yaxşı heç nə vəd etmir. Əgər Azərbaycanla yeni qarşıdurma olsa, Moskva bunun qarşısını almaq üçün əlində olan rıçaqlardan istifadə etməyəcək. Üstəlik, ABŞ və ya Aİ-nin Ermənistana bütün lazımi hərbi-texniki yardımı göstərəcəyinə dair heç bir sübut yoxdur. Ona görə də Ermənistan hakimiyyətinin strategiyası özünü doğrultmayacaq”, – Melkonyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az