“Hakimiyyət Ermənistanı ermənilərsiz qoymaq istəyir”.
Globalinfo.az xəbər verir ki, bunu “Ermənistan” blokundan olan deputat Qarnik Danielyan deyib.
O bildirib ki, Ermənistan hakimiyyəti Qarabağdan İrəvana köçən ermənilərə qarşı ayrı-seçkilik edir.
“Bu, birinci dəfə deyil. Etirazlar zamanı biz hakimiyyətin Qarabağdan gələn ermənilərə münasibətini gördük. Bundan başqa, onlar Paşinyana qarşı aksiyalarda iştirak etdikləri üçün sosial müavinətlərdən də məhrum edilirlər. Yalnız bir məqsəd var, Ermənistanı ermənilərsiz qoymaq. İnsanların bu ölkədən getməsi üçün hər şeyi edirlər. Ölkəmiz rejim (Paşinyan hakimiyyəti – red) tərəfindən işğal olunub və biz Ermənistanda özümüzü təhlükəsiz hiss etmirik. “Vətən naminə Tavuş” hərəkatının məqsədi ölkənin azad edilməsidir”, – deyə Danielyan vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az