Paşinyanın arvadının işçisi Qarabağdan gələnləri hədələdi


Ermənistan baş naziri Nikol Paşinyanın arvadının adı daha bir qalmaqalda hallanıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb.

Belə ki, bu dəfə qalmaqalın mərkəzinə adı açıqlanmayan və “baş nazirin arvadının işçisi” kimi təqdim olunan şəxs düşüb.

Artıq Qarabağa qayıdan ermənilər hökumətdən yardım almaq istəyirlər. Bununla bağlı müəyyən planlar da mövcuddur. Ancaq Anna Akopyanın işçisi olduğu bildirilən şəxsin erməniləri təhdid etdiyi və onları bu yardımdan məhrum etməklə hədələdiyi bildirilir. O hətta

Qarabağı tərk edərək Ermənistana yollanan bəzi ermənilərin adını ” qara siyahı”ya salmaqla hədələyib.

Əliyar Xəlil
Globalinfo.az