Paşinyanın arvadı erməniləri qəzəbləndirdi: “Orada nə işin var?”

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan növbəti dəfə ölkə mətbuatında gündəmə gəlib.

Globalinfo.az xəbər verir ki, “Hraparak” nəşri Akopyanım növbəti səfəri barədə yazıb.

Belə ki, o İcevan şəhərinə səfər edib. Ancaq onun səfərini məqsədi erməniləri qəzəbləndirib.

Nəşr iddia edir ki, heç bir şənliyi, təmtəraqlı mərasimi qaçırmayan Anna Akopyan ölkə üçün ağır günlərin yaşandığı bir dövrdə İcevana rəfiqəsinin doğum günü məclisi üçün təşrif buyurub. Sözügedən məlumat sosial şəbəkənin erməni seqmentində də geniş müzakirə mövzusuna çevrilib. Baş nazir və ailəsinin ünvanına ağır ifadələr səsləndirilib.

Əliyar Xəlil
Globalinfo.az