Rusiya Ermənistanda hücuma başlayıb? – Müəmmalı olaylar

Ermənistanda hakim “Mülki müqavilə” partiyasının daha bir deputatının evinin yaxınlığına bomba qoyulması ilə bağlı xəbərdarlıq edilib.

Globalinfo.az xəbər verir ki, bir neçə gün öncə deputat Qurgen Arsenyanın ofisinin, ötən gün isə evinin yaxınlığında bomba yerləşdirildiyinə dair məlumat yayılıb.

Deputatın köməkçisi ofisin qarşısına naməlum çanta qoyulması barədə hüquq-mühafizə orqanlarına məlumat verib.

Hadisə yerində axtarış aparılıb, daha sonra araşdırma başladılıb.

Partlayıcı maddəni yerləşdirənlərin deputatın yaxınları, ailəsindən biri olduğu iddia edilib.

Qeyd edək ki, son günlər Ermənistanda bənzər müəmmalı olayların sayı artmaqdadır. Bir müddət öncə Ermənistan hökuməti Rusiyanın ölkədə təxribatlar törətməyə hazırlaşdığına dair bəyanatla çıxış etmişdi.

Ayşən Mustafa
Globalinfo.az