Gürcüstanın sabiq prezidenti Salome Zurabişvili Ermənistanda seçkilərin rəsmi nəticələri açıqlanmamışdan əvvəl Baş nazir Nikol Paşinyan ilə bağlı təbrik paylaşımı edib.
Globalinfo.az xəbər verir ki, Zurabişvili sosial şəbəkə hesabında Paşinyanı təbrik edib.
O bildirib ki, Ermənistan bu gün azadlıq, müstəqillik və Avropa gələcəyi istiqamətində mühüm seçim edib.
Keçmiş prezident qeyd edib ki, bu qərarın demokratiyanın möhkəmlənməsinə xidmət edəcəyinə və regionun Avropa ailəsinə inteqrasiyasını gücləndirəcəyinə inanır. O, həmçinin Gürcüstan xalqının həmrəyliyini ifadə edib.