“Paşinyanı hakimiyyətdə saxlayan o oldu” – Sensasion iddia

“2021-ci ildə növbədənkənar parlament seçkilərində daxili siyasi qarşıdurma xətti Nikol Paşinyanla Robert Köçəryan arasında idi. Birincisi məğlub olan hökumətin lideri, ikincisi küçə hərəkatının qeyri-rəsmi lideri idi. Paşinyan məsələsində isə hər şey aydındır. 44 günlük müharibənin məğlubiyyətini “həzm etmək” və hakimiyyətinin ən azı 2026-cı ilə qədər uzadılmasını qanuniləşdirmək üçün ona seçkilər lazım idi”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri erməni politoloq Suren Surenyants deyib.

“2021-ci ildə sabiq prezidentlər Levon Ter-Petrosyan və Serj Sarkisyan növbədənkənar seçkilər ideyasına həvəs göstərmədilər. Paşinyanı devirmək üçün başqa siyasi variantlar təklif etdilər. Lakin Robert Köçəryan bu barədə fərqli ideya ilə çıxış etdi” – Suren Surenyants bildirib.

Politoloqun fikrincə, həmin vaxt Nikol Paşinyanı seçkilərdən kənarlaşdırmaq mümkün idi:

“Levon Ter-Petrosyan həmin vaxt heç birinin hakimiyyətə iddialı olmaması şərti ilə seçkilərə üç sabiq prezidentin başçılıq edəcəyi vahid siyahı ilə getməyi təklif edib. Lakin Robet Köçəryan bu təklifi rədd etdi və Paşinyan seçkidən uzaqlaşdırılmadı. Beləliklə, Köçəryan Paşinyana öz boş gücünü artırmağa və genişləndirməyə kömək etdi”.

Safura Bənnayeva
Globalinfo.az