Erməni keşiş Baqrat Qalstyanın hərəkatı özünün süqutunu yaşayır.
Globalinfo.az xəbər verir ki, məlumatı “Hraparak” qəzeti yayıb. Qəzet Qalstyana son günlər müxalifətdən dəstəyin azaldığını bildirib. Üstəlik, hərəkatın əvvəlindən Qalstyanın yanında olan erməni deputat, Robert Köçəryanın Hayastan Blokundan Qarnik Danielyan da Qalstyanla münasibətlərini dayandırmağa başlayıb. Danielyanın artıq Qalstyanla görüşmədiyi deyilir.
Qəzet həmçinin Qalstyanın bazar ertəsi Moskvadan qayıtdığını yazıb. Məlumata görə, o, Moskvada erməni icmasının üzvləri ilə görüşüb.
Bununla belə Qalstyanın Rusiyada siyasi görüşlər keçirməsi və siyasi məsləhətləşmələr aparması barədə heç bir məlumat verilməyib.
Qeyd edək ki, Qalstyan bundan öncə sentyabrda Paşinyana qarşı onu devirəcək mitinqlərə başlayacağını bildirmişdi. Hökumət nümayəndələri isə Qalstyanı Rusiyanın adamı adlandırırlar.