WhatsApp Image 2026 01 08 at 15.16.11

“Biz xammal və enerji qiymətlərinin artmasından çəkinmirik”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Ermənistan artıq minlərin və milyonların deyil, milyardların və trilyonların ölkəsinə çevrilir. Buna görə də bizi yüksək qiymətlərlə qorxutmaq məntiqsizdir. Çünki o zaman bunlar bizə baha görünməyəcək qədər çox pulumuz olacaq. Bu gün bizim hərbi-sənaye kompleksimiz var və inkişaf etmiş ölkələrə silah satırıq”, – deyə o bildirib.

Paşinyan bəzi tərəfdaş ölkələrin İrəvana dolayı təhdidlər göndərdiyini də iddia edib:

“Tərəfdaşlarımız təhdid etmək əvəzinə Ermənistan xalqına daha yaxşı şərtlər və imkanlar təklif etməlidirlər”.

Qeyd edək ki, Rusiya Ermənistanın Avropa İttifaqına inteqrasiya prosesini davam etdirəcəyi halda qaz və neft məhsullarının güzəştli şərtlərlə tədarükünün dayandırıla biləcəyi barədə xəbərdarlıq edib.

Moskva hesab edir ki, Ermənistanın Aİ-yə yaxınlaşması onun Avrasiya İqtisadi İttifaqından uzaqlaşması anlamına gəlir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: