SON DƏQİQƏ! Paşinyandan Laçın yolunun bağlanması ilə bağlı SENSASİON ADDIM

Yanvarın 8-də Ermənistan Milli Demokratik Qütbü təşkilatı Rusiyanın Gümrüdəki bazasının önündə mitinq təşkil edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat təşkilatın rəsmi Teleqram kanalında yerləşdirilib.

Təşkilat aksiyanı Laçın yolunun açılması məqsədi ilə keçirəcəyini bildirib. Maraqlı məqam isə aksiyaya çağırışın “blokadadan çıxmaq üçün blokada” şüarı ilə aparılmasıdır.

Milli Demokratik Qütb bu addımı Rusiyanı öz öhdəliklərini xatırlamağa vadar etmək üçün atdıqlarını açıqlayıb.

Qeyd edək ki, Milli Demokratik Qütbü ultrasağçı və Rusiya əleyhinə kəskin yanaşmasi ilə tanınır. Təşkilatın özəyini “Sasna Tsrer” terror təşkilatı formalaşdırır. Bu qruplaşma Paşinyan hakimiyyətə gəldikdən sonra aktiv şəkildə Moskvaya qarşı rıçaq kimi İrəvan tərəfindən istifadə olunub. Xüsusilə İrəvanın son iki ayda Rusiyaya qarşı aktiv ittihamları fonunda Paşinyanın onlara dəstəyi görünməmiş miqyasa çatıb. Son qərarın da Ermənistan Baş naziri Nikol Paşinyanın təklifi ilə verdiyi bildirilir.

Aqşin
Globalinfo.az