Paşinyandan Putinə ittiham kimi sözlər

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə Laçın yolundakı vəziyyəti müzakirə edəcəyini bildirib.

Globalinfo.az xəbər verir ki, o bunu Rusiya lideri ilə görüşü zamanı deyib.

Görüş başlayan kimi Paşinyan baş verənlərin məsuliyyətini Rusiya sülhməramlılarının üzərinə atıb:

“Belə çıxır ki, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində deyil. Əlbəttə, istərdim ki, bu situasiyanı müzakirə edim. Bunun həlli üçün hansı variantlar var”.