Paşinyandan məkrli sui-qəsd planı – İki qəribə qadağa

Ermənistan baş nazirinə sui-qəsd təşkil edilə bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat Ermənistanın Teleqram kanallarında yayılıb.

Sosial şəbəkələrdə Paşinyanın son zamanlar mühafizəçilərinin sayını artırmasını məhz bununla əlaqələndiriblər.

İddialar arasında erməni baş nazirin bilərəkdən belə vəziyyət yaratması da yer alıb. Belə ki, Paşinyanın Milli Təhlükəsizlik Xidməti vasitəsilə əvvəlcə özünə süni hücum təşkil edəcəyi, daha sonra isə bundan öz rəqiblərinin sıradan çıxarılması üçün istifadə edəcəyi vurğulanıb.

“Hraparak” qəzeti də oxşar iddialara yer verib.

Qəzet Paşinyanın parlament və digər dövlət müəssisələrində KİV-lərin fəaliyyətini məhdudlaşdırdığını bildirib. Hətta erməni baş nazirin yaxından foto və videosunun çəkilməsinə də qadağa qoyulub.

İlkin Həsənov
Globalinfo.az