Paşinyandan İkinci Qarabağ müharibəsi haqda tarixi etiraflar

“Həm dünən, həm də bu gün beynəlxalq ictimaiyyət Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edib, edir. Ermənistan Respublikası Qarabağın taleyini müəyyən etməyə iddialı deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, əvvəllər Ermənistan hesab edirdi ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi sadəcə görməzdən gələcəyimiz kağız parçasıdır. O, 2018-ci ildən indiyə qədər Ermənistanın mövqeyinin Qarabağın taleyinin İrəvan tərəfindən həll edilməməsindən ibarət olduğunu bildirib.

Paşinyan Azərbaycanla II Qarabağ müharibəsindən qaçmaq məsələsinə də toxunaraq, özünün niyə Bakının tələblərini icra etmədiyini açıqlayıb:

“Doğru həll o idi ki, bu rayonlar geri verilməli və Qarabağın statusunun qeyri-müəyyənliyi qəbul edilməli, statusun Azərbaycanın tərkib hissəsi kimi faktiki fiksasiyası olmalı və Qarabağı tərk edən azərbaycanlılara geri dönüb, buranı idarə etmək imkanı verilməli idi. İndi geriyə baxanda deyə bilərik ki, bəli, bu, hazırkı durumdan daha yaxşı olardı. Lakin o zaman bu yolun gedilməli olduğuna kim əmin ola bilərdi? Bu bizim güclü ordumuzun, etibarlı müttəfqimizin olduğu, masada bir addım da geri çəkilməyəcəyimizi göstərən rəsmi hesabatların olduğu şərait idi. Bununla hansısa ittihamları rədd etmək istəmirəm. Bütün bunlar var, amma mən deyirəm ki, gəlin daha dərinə baxaq. Hətta rentgen səviyyəsində görüntü belə məsələni tam anlamağa kömək etmir. Məsələ DNT səviyyəsindədir”.

Aqşin
Globalinfo.az