Paşinyan Ərdoğanı bu sözlərlə təbrik etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təbrik edib. 

Globalinfo.az xəbər verir ki, o bu barədə tvitter hesabında Ərdoğanın hesabını taq edərək yazıb.

“Rəcəb Tayyib Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Ölkələrimiz arasında münasibətlərin tam normallaşması istiqamətində birgə fəaliyyətimizi davam etdirməyi səbirsizliklə gözləyirəm”, – N.Paşinyan bildirib.

Globalinfo.az