Paşinyandan delimitasiya və kommunikasiya açıqlaması

“Ermənistan Praqa və Soçidə əldə edilmiş razılaşmalar əsasında sərhədlərin delimitasiyasına hazırdır”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, İrəvan bütün çətinliklərə baxmayaraq, Qarabağ məsələsinin və Ermənistan-Azərbaycan münasibətlərindəki problemlərin həllinə sadiqdir.

“Ermənistan da əvvəl elan edilmiş prinsiplər əsasında nəqliyyat və iqtisadi regional marşrutları açmağa hazırdır”, – N.Paşinyan bildirib.

Tamerlan Yayaqan
Globalinfo.az