Bütün Ermənilərin Katolikosu II Qareginin qardaşı Gevorq Nersisyan xuliqanlıq və kampaniyaya mane olmaq ittihamları ilə bir ay müddətinə həbs edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə vəkil Ara Zohrabyan məlumat yayıb.
“Hakim Arman Babaxanyan Gevorq Nersisyanın bir ay müddətinə həbs olunması barədə qərar verdi. Qardaşı oğlu Ambartsum Nersisyanın məhkəməyə qədər həbsi ilə bağlı vəsatətə də baxılıb və o, bir ay müddətinə azadlıqdan məhrum edilib”, – Zohrabyan yazıb.
Əliyar Xəlil