Polish 20230513 184605638 scaled

Brüsselə gəlməzdən əvvəl Ermənistan bölgələrini ziyarət edən baş nazir Nikol Paşinyan gözlənilməz halla qarşılaşıb.

Globalinfo.az xəbər verir ki, Bazmaberd kəndində sakinlərlə görüşən Paşinyan onlara Türkiyə ilə münasibətlərin bərpasının çox önəmli olduğunu söyləyib. Bununla belə baş nazirə yerli sakinlərdən lazımi reaksiya gəlməyib. Ən maraqlı hadisə isə coğrafiyadan bəhs edən zaman yaşanıb.

Belə ki, Paşinyan iclasda iştirak edən uşaqlardan Ermənistan ən yüksək dağının adını soruşanda ona Ararat (Ağrı dağı) deyə cavab verilib. Buna Paşinyanın neqativ reaksiya verməsindən sonra uşaqlar bunun Araqats (Alagöz) olduğunu söyləyiblər.

Bununla belə sakinlərdən biri daha sonra “bizim üçün bu birmənalı olaraq Araratdır, onun Qərbi Ermənistanın tərkibində olmasının fərqi yoxdur” cavabını verib. Buna isə Paşinyanın cavabı neqativ olub:

“Son zamanlar bundan çox bəhs edirəm. Hamımız vətən və dövlət qavramları arasında mücadilə edirik. Məsələ odur ki, vətən və dövlət eyni şey deyil. Mütəmadi olaraq vətən və dövlət arasında seçim etmək məcburiyyətində qalırıq. Mənim fikrimcə, dövlət lehinə seçimlər etməliyik, əks təqdirdə hər zaman itirəcəyik. Mənə görə ən yüksək dağımız Alagözdür. Bütün problemlərimiz Alagözlə Ağrı dağı arasındadır”.

İlkin Həsənov
Globalinfo.az

Paylaş: