Ermənistanın Baş naziri Nikol Paşinyanın özünə ən yaxın gördüyü adamlarından daha biri siyasi komandadan uzaqlaşdırılır.
Globalinfo.az xəbər verir ki, baş nazirin aparat rəhbəri Araik Arutyunyanın da yeni formalaşacaq komandada olmayacağı deyilir.
Məlumata görə, Artutyunyan təkrar aparat rəhbəri təyin edilməyə bilər. O, hər nə qədər Paşinyana çox yaxın olsa da, yerinə Ermənistanın ABŞ-dakı keçmiş səfiri Lilit Makuntsun təyin edilməsi gözlənilir. Bildirilir ki, Paşinyan Makunsta da çox inanır.
A.Arutyunyanın məzuniyyət ərizəsi yazdığı deyilir. Hətta baş nazir aparatında bir neçə şəxsin də ərizəsini təqdim etdiyi və uzunmüddətli məzuniyyətə çıxdığına dair iddialar var.
Qeyd edək ki, daha əvvək Ermənistan parlamentinin spikeri Alen Simonyanın da yenidən bu vəzifəyə namizəd göstərilməcəyi açıqlanmışdı. Simonyan istefa verdiyini və müvəqqəti olaraq siyasətdən uzaqlaşdığını elan etdi.
Əliyar Xəlil
Globalinfo.az