Paşinyandan Araik açıqlaması: “Çox kədərləndim”

“Araik Arutyunyanın (qondarma rejimin keçmiş “prezidenti”) istefası məni kədərləndirdi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin “İctimai” televiziyasına müsahibəsində deyib.

Paşinyan qondarma rejimin yeni “prezidenti” Samvel Şahramanyanı niyə təbrik etməməsilə bağlı sualı cavablandırıb:

“Araik Arutyunyanla bizim aramızda çox yaxşı iş münasibəti vardı, bir-birimizi anlayırdıq. Hazırda vəziyyət elədir ki, təbrik etməli çox da bir şey yoxdur. Onun üzərinə çox ağır məsuliyyət qoyulur. Bu gün biz də Qarabağdakı humanitar böhranın siyasiləşdirilməməsi üçün məsələyə yanaşmamızda beynəlxalq ictimaiyyətin məntiqinə uyğun hərəkət etməliyik. Qarabağla daimi əlaqədəyəm”.

Ayşən Mustafa 

Globalinfo.az