pasinyan 2 1 900x505 1

Ermənistanın Baş naziri Nikol Paşinyan Axalkalaki – Qars dəmir yolunun fəaliyyətə başladığını açıqlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib.

Axalkalaki – Qars dəmir yolunun, eləcə də Azərbaycan dəmir yolunun bundan sonra Ermənistana ixrac və idxal üçün açıq olduğunu elan etməkdən şadam. Bu, ölkəmizin iqtisadi həyatında böyük hadisədir”, – deyə o bildirib.

Paşinyan qeyd edib ki, hazırda Ermənistan GürcüstanAzərbaycan ərazilərindən keçməklə, Rusiya ilə, həmçinin Rusiya və Qazaxıstandan keçməklə, Çinlə dəmir yolu əlaqəsinə malikdir:

Yaxın gələcəkdə ErmənistanTürkiyə, ErmənistanAzərbaycan, daha sonra Naxçıvan vasitəsilə Ermənistanİran dəmir yolunun açılması gözlənilir.

TRIPP layihəsinin həyata keçirilməsi nəticəsində biz bu hadisələrin şahidi olacağıq”.

Paylaş: