Ermənistan Baş naziri Nikol Paşinyan Anna Akopyanın qərarına münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Facebook” səhifəsində yazıb.
“Annanın qərarına hörmətlə yanaşıram. Son 30 ildə o, bütün çətin günlərimdə yanımda idi, sığınacağım və dəstəyim olub. Amma mən Anna üçün belə idim ya yox, əmin deyiləm. Bəlkə də daha çox çətinliyə səbəb olmuşam. Buna görə üzr istəyirəm”, – deyə Paşinyan qeyd edib.
Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan Paşinyandan ayrıldığını və hökumət evlərini tərk etdiyini açıqlayıb. O bildirib ki, Paşinyanla vətəndaş nikahının pozulmasının elan edilməsi, onların rəsmi nikaha daxil olmaları anlamına gəlmir. Akopyanın sözlərinə görə, o, bundan sonra kirayə mənzildə yaşayacaq. Çünki aldığı əmlak hələ tikilməkdədir.
Əliyar Xəlil
Globalinfo.az