İrəvan təkzib etdi: “Ortada belə mətn yoxdur”

Ermənistan Xarici İşlər Nazirliyi Kremldən Nikol Paşinyana xəbərdarlıq mətni göndərilməsinə dair iddialara cavab verib. 

Globalinfo.az xəbər verir ki, Ermənistan XİN bu məlumatın doğru olmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın Avropa Parlamentindəki çıxışı zamanı İrəvanın müttəfiqlərini ittiham etməsi Rusiya və Ermənistanda ciddi rezonans doğurub. Nəticədə rəsmi Moskvanın Paşinyana ünvanlı sərt xəbərdarlıq mətni göndərdiyinə dair informasiyalar yayılıb”.

Ayşən Mustafa
Globalinfo.az