Ermənistanda “Sisakan” terror dəstəsinin komandiri Aşot Minasyan 2 il azadlıqdan məhrum edilib.
Globalinfo.az xəbər verir ki, o, qanunsuz silah saxlamaq ittiham edilib.
Qeyd edək ki, A.Minasyan 2021-ci ilin dekabrında Ermənistan Baş naziri Nikol Paşinyana qarşı sui-qəsdin cəhdi ittihamı ilə saxlanılıb. Daha sonradan dəlil çatışmazlığı səbəbindən zaminə buraxılıb.