Paşinyana 10 gün vaxt verildi

Ermənistanda Baş nazir Nikol Paşinyanın istefasını tələb edən iki mindən çox nümayişçi İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıb.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, etirazçılar hökumət əleyhinə şüarlar səsləndirib, ölkə rəhbərliyini və şəxsən Baş nazir Nikol Paşinyanı ölkənin hazırkı vəziyyətinə görə günahlandırıblar.

Ermənistanda müxalifət liderləri baş nazir Nikol Paşinyana istefa üçün oktyabrın 5-dək vaxt veriblər.

“Biz bütün qüvvələrimizi birləşdirməliyik ki, oktyabrın 5-nə qədər Paşinyan istefaya göndərilsin. Heç kim bilmir ki, o, Ermənistan üçün daha hansı qanlı sənədləri imzalamağa hazırlaşır. Biz buna imkan verməməliyik”, – hərəkatın liderlərindən olan Andranik Tevanyan etiraz aksiyasında bəyan edib.

Sentyabrın 26-da etiraz aksiyasının davam etdiriləcəyi razılaşdırılıb.