Ermənistanın Baş naziri Nikol Paşinyan Konstitusiya Günü münasibətilə təbrik mesajı göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
“Konstitusiyanın əsas əhəmiyyəti təkcə ölkədə hüquqi qaydanın, konstitusiya qaydasının bərqərar olması deyil, həm də həmin qaydanın yaranmasının, dövlətin qurucusu, suveren, yəni xalqla üzvi əlaqəsinin təmin edilməsidir.
2018-ci il xalq inqilabından sonra ölkədə hakimiyyətin sahibi xalqdır və bu reallıq 2026-cı ildə keçirilən növbəti parlament seçkilərində bir daha təsdiqlənib.
Seçki nəticələrinə əsasən formalaşdırılan proqrama yeni Konstitusiyanın qəbul edilməsi gündəliyi də daxildir“, – deyə qeyd edib.
Safura Bənnayeva
Globalinfo.az