Paşinyan Xocalı soyqırımının əsas təşkilatçısını həbs etdirir

Ermənistan parlamenti bu gün təcili iclas üçün toplanıb.

Globalinfo.az xəbər verir ki, iclasda əsas müzakirə mövzusunun keçmiş müdafiə naziri, hazırda Ermənistan Blokundan olan deputat Seyran Ohanyana qarşı cinayət işinin açılmasına izn verilməsi olacağı vurğulanıb.

Ermənistan qanunvericiliyinə görə, deputata qarşı cinayət işi yalnız parlamentin razılığı ilə açıla bilər.

Qeyd edək ki, Seyran Ohanyana qarşı cinayət işinin açılması Ermənistanda 15 hərbçinin ölümü ilə nəticələnən yanğından sonra gündəmə gəlib. Ohanyan həmçinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, böyük xərcləmələr həyata keçirməkdə ittiham edilir.

O, keçmiş prezident Robert Köçəryanın ən yaxın adamlarından sayılır və Xocalı soyqırımının həyata keçirilməsinə liderlik edən şəxslərdən biridir.

İlkin Həsənov
Globalinfo.az