“Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar prosesi şəffafdır”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vaan Kostanyan deyib.
Onun sözlərinə görə, danışıqların məzmunu barədə həm Baş nazir Nikol Paşinyan, həm xarici işlər naziri Ararat Mirzoyan ictimaiyyəti daim məlumatlandırırlar:
“Azərbaycanla sülh prosesinin detalları Ermənistan ictimaiyyətindən gizlədilmir. Müqavilədə razılaşdırılan bəndlər Bakı ilə İrəvan arasında diplomatik münasibətlərin qurulması üçün kifayətdir. Konstitusiyanın dəyişdirilməsi məsələsi isə Ermənistanın daxili işidir”.
Əliyar Xəlil
Globalinfo.az