Ermənistanın Baş naziri Nikol Paşinyan 50 vətəndaşdan ibarət qrupla Tavuş vilayətinin sərhədyanı Kirants kəndinə səfər edib.

Globalinfo.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, marşrutda ilk dayanacaq əvvəllər ErmənistanAzərbaycan sərhədinin delimitasiya nöqtəsi kimi istifadə edilən Kirants kəndi olub.

Paşinyan bildirib ki, səfərin məqsədi Ermənistan hökumətinin ölkənin təhlükəsizliyini təmin etmək üçün göstərdiyi vizyonu təqdim etməkdir.

“Bu, bizim sülh gündəliyimizə dair vizyonumuzdur. Əminliklə deyə bilərəm ki, Kirants hazırda Ermənistanın ən təhlükəsiz kəndlərindən biridir”, – deyə baş nazir vurğulayıb.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: