Ermənistanın Baş naziri Nikol Paşinyan Blenhaym sarayında Almaniya kansleri Olaf Şoltsla görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.
Paşinyan Ermənistan tərəfinin sərhədlərin delimitasiyası ilə bağlı prinsipial mövqeyini Olaf Şoltsun diqqətinə çatdırıb.
Tərəflər Ermənistan və Almaniya arasında siyasi və iqtisadi əməkdaşlığın ardıcıl inkişafının və bu istiqamətdə addımların atılmasının vacibliyini vurğulayıblar.
Eyni zamanda söhbət zamanı Ermənistanla Azərbaycan arasında sülh prosesinə toxunulub. Paşinyan sərhədlərin delimitasiyası prosesi və regional infrastrukturların blokdan çıxarılması imkanları ilə bağlı Ermənistan tərəfinin prinsipial mövqeyini təqdim edib.
Həmsöhbətlər Ermənistan-Avropa İttifaqı əməkdaşlığının gələcək inkişafına da toxunublar.
Müşviq Tofiqoğlu
Globalinfo.az