“Böyük qızımın ad günündə üzümü təraş etməyə qərar verdim”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
O, saqqalını qırxmasının ölkədə ciddi şəkildə müzakirə ediləcəyini gözləmədiyini bildirib:
“İndi səbəbini açıqladıqdan sonra digər iki qızımın niyə onların yox, məhz böyük qızımın doğum günündə bunu etdiyimi soruşacaqlar. Oğlum Aşotun isə bu məsələdə fikir bildirib eyni sualı verəcəyini düşünmürəm”.
Paşinyan bildirib ki, 2018-ci ildə hakimiyyətə gəldiyi gündən çox sayda sualla üzləşdiyini qeyd edib:
“O zaman cavab verə bilməyəcəyim ciddi suallar vardı. Tək başıma cavab tapmaqda çətinlik çəkəcəyimi anlayırdım. 2020-ci il müharibəsindən 4 il keçib. Müharibənin bitdiyi gündən bu yana hər gecə yatanda və səhər oyananda beynimdə minlərlə sual olur”.
Əliyar Xəlil
Globalinfo.az