Ermənistanda parlamentin keçmiş deputatı Ruben Akopyan saxlanılıb.
Globalinfo.az bildirir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
O, hökumətin devrilməsi ilə bağlı açıq çağırışlarda ittiham olunur.
İstintaq iddia edir ki, sabiq deputatın saxlanılmasına səbəb iyulun 1-də dərc olunan müsahibədir.
Akopyanın həbs-qətimkan tədbirinə baxılması üçün məhkəməyə aparılacağı gözlənilir.
Qeyd edək ki, “Taşir” Şirkətlər Qrupunun rəhbəri Samvel Karapetyan və arxiyepiskop Mikael Ajapaxyan da oxşar ittihamlarla həbs olunublar.
Əliyar Xəlil