Paşinyan sülhməramlıların Qarabağdan gedəcəyi vaxtı AÇIQLADI

“Bakı ilə Xankəndidəki ermənilər arasında dialoq səmərəli nəticə verdikdə, Qarabağda heç bir təhlükə qalmadıqda, Rusiya sülhməramlıları bölgədən çıxarılacaq”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Sülhməramlılar üçtərəfli bəyanata əsasən Rusiya Federasiyasının Federal Məclisinin müvafiq qərarı ilə Qarabağa yerləşdiriliblər. Onların regiondakı mövcudluğunun əsas məqsədi Qarabağdakı erməniləri qorumaqdır. Onlar regiondan çıxarılanda, artıq təhlükə yoxdur deməkdir” – deyə, o bildirib.

Tahir Turan
Globalinfo.az