pasinyan 900x499 2

“Ermənistanın Rusiya ilə münasibətləri transformasiya mərhələsindədir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Tərəflər arasında əlaqələr açıq və səmimidir. Münasibətlərimizdə heç bir qaranlıq məqam yoxdur”, – deyə o bildirib.

Paşinyanın sözlərinə görə, Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində fəaliyyətini davam etdirəcək:

“Lakin gələcəkdə Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçim qaçılmaz ola bilər.

Belə bir qərar yalnız Ermənistan xalqı tərəfindən referendum yolu ilə qəbul edilməlidir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: