armen qriqoryan 1

“Ermənistanda yeni hökumətin formalaşdırılması prosesində Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səlahiyyət müddəti uzadılmaya bilər”. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Joxovurd” hökumətdəki mənbələrinə istinadən məlumat yayıb.

Nəşr yazır ki, baş nazir Nikol Paşinyanın onu vəzifəyə yenidən təyin edib-etməyəcəyi bəlli deyil.

Qeyd edək ki, Armen Qriqoryan 2018-ci ildən bu yana Təhlükəsizlik Şurasının katibi vəzifəsini yerinə yetirir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: